Göyçay rayonunun Şəhadət kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə nəticədə minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.