Türkiyənin Daxili İşlər Nazirliyinin rəsmisi Əli Arslantaş sosial şəbəkə hesabından paylaşımı ilə insanları koronavirusdan qorunmağa səsləyib və onların mümkün qədər çölə çıxmasını qadağa edib. 

Unikal.org xəbər verir ki, Ərzican valisi həmçinin də “Twitter” hesabından bu yaş kateqoriyasına mənsub olan şəxslərin çölə çıxmasını qadağa edib. 

Belə ki, 65 yaşdan yuxarı şəxslərin virusa yoluxma ehtimalının daha çox olduğunu nəzərə alaraq Əli Arslantaş bu şəxslərin, xəstəlikləri olanların evlərindən çıxmaları və park və bağlar kimi açıq yerlərdə gəzişmələrinin məhdudlaşdırıldığını bildirib. 

Qeyd edək ki, 65 yaşdan yuxarı insanlar qadağanı pozarsa 3 min 150 TL ilə cəzalandırılacağını söyləyib.