İtaliyanın Birinci Futbol Liqası komandalarından biri olan “Milan”ın məşqçi heyətindəki keçmiş əfsanəvi oyunçu Paolo Maldinidə koronavirus aşkarlanıb.

Unikal.org məlumat verir ki, əfsanəvi oyunçu və onun oğlu Daniel Maldinidə də  koronavirus testi müsbət çıxıb.  Məşhur futbolçu və oğlu karantin altına alınıblar.