Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Hvidovre Xəstəxanası koronavirusdan əziyyət çəkən xəstələrə malyariyanın müalicəsi olan “Chloroquine” dərmanından istifadə ediblər.

Unikal.org xəbər verir ki, Hvidovre xəstəxanasının həkimləri “Chloroquine” dərmanından müayinə məqsədi ilə istifadə edərək  18 xəstəni 6 gün ərzində ayağa qalxmasına şərait yaradıblar. Həkim Stig Ekkertin mətbuata verdiyi açıqlamasına görə, dərmandan istifadə etməklə xəstələrin tez sağalmasınavə ayağa qalxmasına imkan yaradıblar. 

Qeyd edək ki, Hvidovre Xəstəxanasının Yoluxucu Xəstəliklər tədqiqatçısı professor Tomas Benfild və həkim Stig Ekkertin təşəbbüsü ilə davam ediləcək dərmanların Fransadakı araşdırma nəticələrinə əsasən sınaqdan keçiriləcəkdir.