Rusiya koronavirusun geniş yayılması ilə əlaqədar bütün ölkələrlə hava əlaqəsini dayandırıb.

Unikal.org xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin yaydığı məlumata görə, sabahdan etibarən uçuşlara məhdudiyyət qoyulacaq. Yalnız xarici ölkələrdəki Rusiya vətəndaşlarının geri gətirilməsi və digər çarter reyslərinə icazə veriləcək.