Çinin Vuhan şəhərində meydana gələn və qısa zamanda dünyaya yayılan koronavirus  Suriyada da aşkar olunub.

Unikal.org məlumat verir ki, koronavirus halının baş verməsi barədə Suriyanın səhiyyə naziri Nizar əl-Yazıcı dövlət televiziyasına açıqlama verib.

Belə ki, nazir  20 yaşlı  qadının  koronavirusa yoluxduğunu  və 14 gün müddətində karantində olacağını açıqlayıb.