Səhiyyə Nazirinin müavini Viktor Qasımov sabahdan tətbiq ediləcək karantin rejiminin tibb işçilərinə şamil edilməyəcəyini bildirib.

Unikal.org-un verdiyi xəbərə görə, V. Qasımov deyib ki, 65 yaşdan yuxarı səhiyyə işçiləri gündəlik işlərinə davam edəcəklər. Bu qərar daha çox tənha yaşayan 65 yaşdan yuxarı şəxsləri nəzərdə tutur.