UEFA Çempionlar Liqasının və Avropa Liqasının finalları ilə bağlı yeni qərar qəbul edib.

Unikal.org xəbər verir ki, qurum hər iki turnirin keçirilməsini təxirə salıb.

Final oyunların vaxtı müəyyən edilməyib. UEFA prezidenti Aleksandr Çeferin Avropa Futbol Federasiyalarının rəhbərləri, Klublar Birliyinin nümayəndələri ilə videokonfrans edərək bu barədə qərar qəbul edib.

Qeyd edək ki, martın 17-də UEFA  AL-in finalını iyulun 24-nə, ÇL-in finalını isə iyulun 27-nə təyin etmişdi