Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.
Unikal.org xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib. Paylaşımda bildirilir:
"Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma prezident seçkilərini qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik".