Prezidentin İlham Əliyev neftin qiymətinin aşağı düşməsindən danışıb.

Unikal.org xəbər verir ki, ölkə başçısı cavab olaraq bəyan edib ki, bəli, Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir. Mən bildirmişəm və bir daha demək istəyirəm ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur.