Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) ölkə hökumətinin tapşırığı əsasında həmyerlilərin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

AZAL-ın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə, 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.