Azərbaycanda istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən dövriyyəyə qaytarılacaq.

Unikal.org xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarmaq, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadə etmək üçün təsirli tədbirlər görmək öhdəliyi götürüb.