İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.

Unikal.org xəbər verir ki, argentinalı hücumçu, Kataloniyadakı xəstəxanalardan birinə 1 milyon avro məbləğində yardım edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bundan başqa, futbolçunun ölkəsindəki xəstəxanalara da maddi yardım etdiyi bildirilib.