Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən facebook səhifəsində "Evdə qal, təbiəti seyr  et"  (#evdəqaltəbiətiseyret ) adlı rubrika başladır.  

Nazirliyin mətbuat katibi İradə İbrahimova Unikal.org-a bildirib  ki, rubrikada  Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini, eləcə də milli parkların flora və fauna aləmini  əks etdirən  filmlər, süjetlər,  çarxlar,  nümayiş etdiriləcək. 

"Evdə qal, təbiəti seyr et" rubrikasında həm də təbiət hadisələri barədə düşündürücü  məlumatlar veriləcək, ekoloji animasiyalar nümayiş etdiriləcək. 

Bölümdə  ekologiyaya aid müxtəlif suallar, maraqlı faktlar yerləşdirməklə izləyicilərin ətraf mühit hadisələri ilə daha yaxından tanış olmaları, biliklərini genişləndirməsi üçün də şərait yaradılacaq".

Nazirliyin sözçüsü  izləyicilərdən də maraqlı təbiət görüntülərinin alınması və onların qiymətləndirilməsinin təşkil ediləcəyini bildirib.