"Bayram günləri və tətil olduğu üçün hamı bir-birilə bayramlaşmaq istəyir. Ancaq idiki vəziyyətdə mən hamıya evdə qalmağı məsləhət görürəm. Bu dəfə heç kimin evinə getməyin, gələn qonağa qapı açmayın.

Unikal.org xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında İranın paytaxtı Tehran şəhərində həkim işləyən azərbaycanlı Meysam Gəncəvi deyib.

O Azərbaycan xalqına müraciət edib: Küçəyə ancaq məcburiyyət olduqda, nəsə almaq lazım olduqda çıxın. Çalışın müntəzəm olaraq işə də getməyin, evdən işləyin.

Bu xəstəliyə ancaq evdə qalmaqla qalib gəlmək olar. Koronavirus zəncir kimi yayılmaqda davam etdikcə, biz də evdə qalmaqla, toplu şəkildə o zənciri qıra bilərik. Mən Azərbaycan xalqına evdə qalmağı, aldığı ərzaqları yuyub, dezinfeksiya etməyi və 20 saniyə əllərini yumağa çağırıram. Bu gedişlə bu işə çarə tapılacaq deyə bilərəm. Gigiyenik qaydalara əməl etmək lazımdır.

Evdə oturmaqla, qohum-əqrəbanı 1-2 ay görməməklə bu işin öhdəsindən gələ bilərik. Xəstələr çoxaldıqca xəstəxanalar da dolur. Bunun nəticəsi olaraq xəstəxana personalı da yorulur, öz ailələrini görə bilmirlər.