Azərbaycan Dillər Universiteti (ADU) koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulub.

Universitetin İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsindən Unikal.org-a verilən məlumata görə, ali təhsil ocağı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min vəsait köçürüb.

Universitetdən bildirilib ki, bundan əlavə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla rektor kimi bir illik əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.