Qazaxıstanda yeni koronavirus səbəbindən hərbi xidmətə yaz çağırışı və bir il xidmət edən əsgərlərin tərxis edilməsi dayandırılıb.

Unikal.org xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi fövqəladə vəziyyət tətbiq edilməsi ilə əlaqədar olaraq 2020-ci ilin yazında hərbi xidmətə çağırışı və əsgərlərin tərxis edilməsini dayandırıb.

Martın 24-də çərşənbə axşamı günü ölkədə koronavirusa 69 yoluxma faktı təsdiqlənib.