Göygöldə 29 yaşlı kişini elektrik cərəyanı vurub.

Unikal.org "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. Kənd sakini - 1991-ci il təvəllüdlü Asim Qurbanovu cərəyan vurub. O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.