Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial şəbəkə hesabından Türkiyədə koronavirus səbəbiylə yaranan hadisə və ölüm sayı ilə bağlı açıqlama verib. 

Unikal.org məlumat verir ki, son 24 saat ərzində Türkiyədə koronavirusdan 15 nəfər həyatını itirərək ümumi ölənlərin sayı 59-a yüksəlib. 

Belə ki, Səhiyyə nazirnin açıqlamasında  24 saat ərzində baş verən ölüm sayı digər günlərə nisbətən azaldığını bildirib.

Qeyd edək ki, ümumi yoluxma sayı isə 2433-ə çatıb.