Çində başlayaraq dünyaya yayılan və minlərlə insanın  həyatına son qoyan koronavirus epidemiyasının Türkiyədə sıçramasından sonra səlahiyyətlilər vətəndaşlardan evlərindən çölə çıxmamasını tələb edib.

Unikal.org məlumat verir ki, Türkiyəli məşhur müğənni Sıla koronavirus səbəbiylə konsertlərini ləğv etməli olub.

Belə ki, pop ulduz evdə sosial şəbəkə hesabı “Instagram”dan canlı yayım açaraq sevənlərinə konsert verib. Maraqlısı budur ki, “Instagram” hesabından aktiv istifadə etməyən Sıla, postunu bağladığını düşünərək hərəkətləri ilə hər kəsi təəccübləndirib. 

Daha sonra Sıla canlı yayımı bağlaya bilmədiyi üçün çaxnaşma yaşayıb.