Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor təyin edilib.

Unikal.org-un məlumatına görə, ATU rektoru Gəray Gəraybəylinin əmrinə əsasən, bu vəzifəyə universitetin II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev təyinat alıb.

Qeyd edək ki, Tədris Terapevtik Klinikasına Samir Allahverdiyev rəhbərlik edirdi.