Ucarda qətl hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib. 

Kənd sakini, 1960-ci il təvəllüdlü Mövlan Muxtar oğlu Mustafayev qonşusu, 1958-ci il təvəllüdlü Qəzənfər Səftər oğlu Musayevi torpağı belləmək üçün nəzərdə tutulan "lapatka" ilə vurub.

Q.Musayev hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.