Bərdə rayonunda böyük yanğın hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Küçədə yerləşən şirniyyat evi və gözəllik salonu yanıb. Hadisə yerinə Fövqəladə hallar nazirliyinin Bərdə rayon yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğın digər mağazalara keçməsinin qarşısı alınır. Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları da cəlb edilib. Küçədə avtomobilin hərəkəti dayandırıb. Alov ram edilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.