ABŞ koronovirusa yoluxmuş xəstələrin sayına görə Çini geridə qoyub.

Unikal.org xəbər verir ki, ölkədə cəmi xəstələrin sayı 82178 nəfər təşkil edir . Onlardan 13967 son bir gündə koronavirusa yoluxanlardır.

Qeyd edək ki, ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı durmadan  artır. Son 24 saat ərzində virusdan ölənlərin sayı 150 nəfər artaraq 1177-ə çatıb.