ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün iki ölkə arasında birgə mübarizəyə dair razılıq əldə edilib. 

Unikal.org xəbər verir ki, ölkələr arasında uzun müddətdir davam edən koronavirüs müzakirələrinin ardından yenə koronavirüs iki lideri bir araya gətirib. 

İki lider arasında telfon danışıqlarında sonra bu qərar verilib:

"Bildirilib ki, iki ölkə arasında əməkdaşlıq yeganə düzgün seçimdir və Çin koronavirusla mübarizədə ABŞ-ı dəstəkləməyə hazırdır. Bəyanatda bildirilib ki, hər iki ölkə rəhbəri 24 mindən çox insanın ölümünə səbəb olan koronavirusla mübarizə üçün birləşməyi qərar verib. İki liderin koronavirusa qarşı hər şeyi ətraflı müzakirə etdikləri açıqlanıb. Hər iki ölkə bu sahədə təcrübələrini bölüşəcəklər.