“Azərenerji” ASC koronavirusxəstəliyiiləəlaqədarhəyatakeçirilən #evdəqal aksiyasına dəstək verib. Belə ki, Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr və media mərkəzi tərəfindən hazırlanan videoçarx yayımlanıb. 

Unikal.org xəbər verir ki, videoçarxda Azərenerji ASC-nin əməkdaşları adından bu fikirlər səslənir. “Biz 24 saat gecə-gündüz fasilsiz olaraq növbətçilik qaydasında işləyərək evinizi enerji ilə təmin edəcəyik.Yetər ki, evdə qalın və həyatları xilas edin! Səbri evdə et Azərbaycan. Biz birlikdə güclüyük”.