Bakı şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “КаmAZ” markalı yük avtomobili toqquşub.

FHN-dən Unikal.org-a verilə məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.