"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim".

Unikal.org xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib.

Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birininin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır.

O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilməlidir ki, xəstələnməyək, müəyyən hisslərə düçar olmayaq.

20 il müharibədə olmuşam. Koronavirusla da müharibə aparacam, ancaq o müharibə ilə bu mübarizə demək olar ki, eynidir. Diqqətli olmaq, ciddi yanaşmaq, özünü qorumaq lazımdır".

B.Məmmədovun qısa müsahibəsinə videonun 04:35-ci dəqiqəsində baxa bilərsiniz.