Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start veriləcək.

Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən  aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.