Ukraynada koronavirus infeksiyasına yoluxanların sayı 311 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində paytaxt Kiyevdə 74 nəfərdə koronavirus aşkarlanıb. Ölkə üzrə indiyədək 8 nəfər bu virusdan dünyasını dəyişib.

Qeyd edək ki, Ukraynada pandemiya ilə əlaqədar aprelin 24-dək karantin elan edilib.