ABŞ həkimləri gündən-günə dünyaya yayılan və yeni bir simptom olan koronavirusun yeni bir əlaməti ola biləcəyini açıqlayıblar.

Unikal.org məlumat verir ki, Amerika Oftalmologiya Akademiyasının həkimləri bəzi insanlarda yeni bir növ koronavirusun simptomlarından birinin "konjonktivit" ola biləcəyi barədə xəbərdarlıq  ediblər. 

Belə ki, müayinələrdə bəzi xəstələrdə qırmızı göz xəstəliyi olaraq bilinən konjonktivit əlamətlərinin olduğu qeyd edilib.

Həmçinin də, Çindəki məlumatları araşdıran həkimlər, yeni növ koronavirus (Kovid-19) ilə müalicə alan hər 30 xəstədən birində konjonktivit diaqnozu qoyulduğunu təsbit edib.