Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusla bağlı tədbirlər həyata keçirilir. Virusun təhlükəli olmasını nəzərə alaraq, hər kəsin evdə qalması üçün “Evdə qal” çağırışı edilir. Bu çağırışlardan ən məşhuru isə “Evdə qal” muğamıdır. 

Unikal.org sözügedən muğamın ifaçısının kimliyini araşdırıb. Məlum olub ki, “Evdə qal” muğamının ifaçısı xalq artisti Zabit Nəbizadənin tələbəsi Şabran rayon sakini Natiq Əliyevdir. 

N.Əliyev saytımıza açıqlamasında bildirib ki, uzun illərdir muğam ifaçısıdır, Şabran Musiqi Kollecinin müəllimidir:

“Öncə onu deyim ki, “Evdə qal” muğamının sözləri şair Valeh Qocaya məxsusdur.  Bu  muğamı oxumağıma səbəb koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq “evdə qal” həştəqi ilə insanları evdə qalmağa çağıran kompaniyaya dəstək vermək idi. İnanıram ki, bu alındı. İnsanlar evdə qalmaqla həyatlarını xilas edə bilərlər. Mən özüm də evdə qalmaqla, bu ifanı səsləndirdim. Bu ifama görə dünyanın bir sıra ölkələrində yaşayan azərbaycanlılar mənə zəng edirlər. Həmçinin, Azərbaycanın bir sıra rayonlarından, paytaxt Bakıdan mənə zənglər olunub, təşəkkür edirlər”.

Amid