İspaniya kralı VI Filippin əmisi qızı, şahzadə Mariya Tereza koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, şahzadənin 86 yaşı var idi və o, Avropanın monarxik nəsillərində COVID-19-dan vəfat edən ilk şəxs olub.

Mariya Terezanın ölümü barədə kiçik qardaşı şahzadə Sikst Henrix Burbon-Parma məlumat verib. Parma Burbonlar ailəsi İspaniya kral ailəsinin ən gənc qoludur.

İspaniya koronavirus infeksiyasından ölənlərin sayına görə dünyada ikinci yerdədir. Ölkədə 5 mindən çox insan ölüb.