Türkiyənin məşhur aktyoru Can Yaman keçmiş sevgilisi, aktrisa Demet Özdemirlə barışmaq istəyir.

Unikal.org xəbər verir ki, rol aldıqları "Erkençi Kuş"un çəkiliş meydançasında tanış olan, serialın finalından sonra yollarını ayıran cütlüyün bir araya gəlməsini C. Yaman istəyib.

O, Demetin instaqramda narıncı paltarda paylaşdığı görüntüsünə şərh yazıb. Canın "C vitamini geyinmisən" rəyinə Özdemir cavab verməsə də, sözügedən şərh 20 mindən çox izləyici tərəfindən bəyənilib.

Qeyd edək ki, aktyor Demetdən ayrılan zaman "Onun libidosu (Libido (lat. libido - ehtiras, nəfs, istək) - Ziqmund Freydin psixoanalizində anlayış. Seksual ehtirası və cinsi instinkti nəzərdə tutur. Bu termin seksuallığın müxtəlif təzahürlərini təsvir etmək üçün işlənir) yüksəkdir. Biz uyğunlaşa bilmərik" deyə bildirmişdi.

Özdemir isə Cana ismarıc yollayaraq "adımı çəkmə" demiş, hətta internet axtarış portallarında sevgili xəbərlərini gizlətmək üçün şirkətlə danışıqlara başlamışdı.