Rusiyada koronavirusdan daha bir ölüm faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə virusdan dünyasını dəyişənlərin sayı 9-a çatıb.

Qeyd edək ki, son sutka ərzində Rusiyada koronavirusa yoluxanların sayı 270 nəfər artıb. Hazırda xəstələrin ümumi sayı 1534 nəfərdir.