Koronavirusun meydana gəldiyi ölkə olan Çinin Xi'an vilayətində maraqlı hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, metroda kimliyi məlum olmayan bir şəxs tərəfindən ətrafa pullar səpələnib. Koronavirusun insanlarda yaratdığı qorxu səbəbindən heç kim həmin pulları götürməyə cəhd etməyib.

Həmin görüntülər sərnişinlər tərəfindən lentə alınıb.