Hollandiyanın Breda əyalətində bir evdə 4 Türkiyə vətəndaşının cəsədi tapılıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, tapılan cəsədlərin həmin evdə yaşayan nənə, 2 nəvəsi və gəlininə aid olduğu məlum olub. Hollandiya polisi ailənin digər üzvü olan 33 yaşlı Onur Kandemiri törədilmiş cinayətlə əlaqəsi ola biləcəyi səbəbindən axtarmağa başlayıb.

Cinayət şübhəsi ilə 15 nəfər sorğuya çəkilib. Faktla bağlı araşdırma aparılır.