Türkiyədə koronavirusa yoluxanlar arasında polislər də var.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Onun açıqlamasında qeyd olunur ki, koronavirusa yoluxan polislər arasında virusa qalib gələnlər də var.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus səbəbindən 131 nəfər ölüb. Virusa yoluxanların ümumi sayı isə 9 217 nəfərdir.