İsraildə koronavirusdan ölənlərin sayı artaraq 15 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyasını dəyişən xəstələrin əksəriyyəti yaşlı insanlardır.

Qeyd edək ki, indiyədək İsraildə 3865 nəfər koronavirusa yoluxub. Xəstələrdən 89 nəfəri sağalıb, 65-nin vəziyyəti ağır qiymətləndirilir.