Qərbi Afrikadakı Fil Dişi Sahilində yeni növ koronavirus səbəbiylə ilk ölüm hadisəsi baş verib.  

Unikal.org məlumat verir ki,  Fil Dişi Sahili Səhiyyə və Gigiyena naziri Eugene Aka Aouele, paytaxt Abidjanda “COVID-19” səbəbiylə bir şəxsin həyatını itirdiyini açıqlayıb.  

Nazir Aka Aouele,  Fil Dişi sahillərində koronavirusa yoluxanların ümumi  sayının 165-ə çatdığını bildirib. 

Qeyd edək ki, koronavirus xəstəsinin ölümü ilə paytaxt Abidjan şəhəri karantinə alınıb.