Çinin Vuhan şəhərində meydana gələn və qısa zamanda bütün dünyaya yayılan koronavirus yoluxmaqda və can almaqda davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünyada koronavirusa yoluxanların sayı bir gün ərzində 63 min nəfər artıb, 3 464 nəfər virusun qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına  görə, koronavirusa yoluxanların sayı 634 835 nəfərə çatıb. Qeyd edilir ki, xəstəlik 29 957 nəfərin həyatına son qoyub.

Belə ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Vuhan şəhərində aşkarlanıb. 

Hazırda “COVID-19” infeksiyasına ən çox yoluxma və ölüm halları Avropada qeydə alınıb. Avropada 361 031 insan virus daşıyıcısıdır, 21 493 insan pandemiyanın qurbanı olub. Son 24 saat ərzində bu regionda 36 688 nəfər virusa yoluxub, 2 753 nəfər isə ölüb.Şimali və Cənubi Amerikada koronavirusa 120 798 nəfər yoluxub, 1 973 nəfər isə həyatını itirib. Çin, Cənubi Koreya və Yaponiyanı əhatə edən Qərbi Sakit Okean bölgəsində 102 803 nəfər virusa yoluxub, 3 626 nəfər ölüb.Ölkələr üzrə “COVID-19” infeksiyasına ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 103 mindən çox insan virus daşıyıcısıdır. Daha sonra İtaliya (92 472), Çin (82 356), İspaniya (72 248) və Almaniya (52 547) qərarlaşıb. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.