Dünyanın koronavirusun müalicəsini gözlədiyi xəbəri gəlib.

Unikal.org məlumat verir ki, “Sanofi” və “Regeneron Pharmaceuticals” adlı dərman şirkətləri, “Covid-19”nın müalicəsi üçün istehsal edilən “Kevzara” adlı dərmanı, 7 ölkədəki 300 xəstəyə tətbiq etməyə başladığını açıqlayıb.

Belə ki, son bir həftədə ABŞ-da dərmanların xəstələrdə sınaqdan keçirildiyini elan edən şirkətlər, immunitet sisteminə təsir edən dərmanların İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyadakı xəstələrdə sınaqdan keçiriləcəyini də qeyd edib. 

Şirkətlər, son sınaqların təxminən 300 xəstə üzərində olacağını bildirib. Sınaq prosesində iştirak edəcək insanların, xüsusilə “Covid-19” xəstəliyindən ciddi əziyyət çəkənlərə aid ediləcək.