“Cənab Prezident xəstəxananın açılışında ölkəmizdəki fədakar tibb işçilərini alqışladı”.

Unikal.org xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O təklif edib ki, Mİlli Məclis də Prezidentin addımına dəstək verərək tibb işçilərini alqışlasın.

Deputatlar Q.Paşayevanın təklifinə qoşularaq Azərbaycan həkimlərini alqışlayıblar.