Türkiyənin Adıyaman ərazisindəki Karapınar məhəlləsində məzarlıqdan gələn səslər sakinləri qorxuya salıb.

Unikal.org Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, ötən gün gecə saatlarında məzarlıqda qadın çığırtısı eşidən sakinlər qorxu və təlaş içərisində polisə müraciət ediblər. 
Əraziyə xeyli sayda polis əməkdaşı ezam olunub. Silahlı polislər ərazidə axtarış edib. 
Hətta polis əməkdaşları tabutların qapaqlarını qaldıraraq baxıblar. Ancaq məzarlıqda hər hansı şübhəli vəziyyət müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.