Azərbaycanda yeni medal təsis edilir.

Unikal.org  xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təsis olunacaq.

Sənədə təklif edilən dəyişiklik müzakirələrdən sonra I oxunuşda qəbul edilib.