Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də rayon ərazisindəki evlərin birindən içərisində 6500 ABŞ dolları, 19.000 manat pul, 10.000 manat dəyərində qızıl-zinət əşyaları, bank kartı və sənədlər olan seyf oğurlamaqda şübhəli bilinən rayon sakinləri olan 4 nəfər saxlanılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, onlardan birinin itkin düşmə kimi axtarışda olması da müəyyən edilib.