Dünyada 34 mindən çox insanın ölümünə səbəb olan yeni növ koronavirus epidemiyasının başlanğıc nöqtəsi olan “Vəhşi heyvan bazarları” Çində yenidən fəaliyyətə başlayıb.

Unikal.org məlumat verir ki, Çin “Covid-19” epidemiyasına tamamilə nəzarətdə saxladığını bildirdikdən sonra şəhərlərdəki həyat  əvvəlki kimi fəaliyyət göstərməyə başlayıb. 

Belə ki, koronavirusun meydana gəldiyi bazarda heyvan satışlarının əvvəlki kimi yenidən qurulduğunu, ilan,yarasa və əqrəb satışına başladığı qeyd edilib.