Dünyada qlobal böhrana çevrilən koronavirus epidemiyası səbəbiylə bir sıra şəxslər özlərini tamamilə karantin şəraitinə təcrid ediblər. 

Unikal.org Almaniya KİV-ə  istinadən xəbər verir ki,  Tayland kralı Maha Vajiralongkorn Almaniyanın Bavariya Alp bölgəsindəki 4 ulduzlu oteli bağlayaraq  20 qadınla birlikdə özünü  karantinə alıb.  

Belə ki, 67 yaşlı kralın 20 qadınla birlikdə özünü karantinə alması yerli xalqın qəzəbinə səbəb olub. 

Yerli xalq sosial şəbəkə vasitəsilə kralın bu hərəktini yaxşı qarşılamadığını bildirib.