Gürcüstan hökuməti ölkənin bütün ərazisində karantin elan olunması barədə qərar qəbul edib.

Unikal.org xəbər verir ki, bunu baş nazir Giorgi Qaxaria brifinqdə bildirib.

Onun sözlərinə görə, hökumət fövqəladə vəziyyətlə bağlı tədbirləri daha da gücləndirməyə qərar verib: “Sabah saat 08:00-dan etibarən bütün ölkə ərazisində karantin elan olunur”.