Çinin e-ticarət nəhəngi “Alibaba”nın qurucusu Cek Ma,  yeni tip koronavirus yayılması ilə mübarizə üçün Avropaya təcili tibbi yardım göstərəcəyini açıqlayıb.

Unikal.org xəbər verir ki, dünyaca məşhur Çinli iş adamı Cek Ma: “Alibaba Vəqfi Avropadakı xəstəxanalara 800 tənəffüs cihazı, 300.000 dəst qoruyucu əlcək, 300.000 maska və əlavə təcili avadanlıq bağışlayacaq" deyə  şəxsi sosial şəbəkə hesabı “Twitter”paylaşım edərək bildirib. 

Cek Ma fondunun, dünyadakı həkim və tibb bacılarının baş verən  koronavirus hadisəsi ilə bağlı fikirlərini və tövsiyələrini səsləndirə biləcəyi bir internet platforması açdığı da qeyd edib

Həmçinin də, “Alibaba”nın qurucusu sosial şəbəkə vasitəsi ilə insanları , “COVID-19” böhranına qarşı mübarizədə birlik olmağa çağırıb.